Şirkət Haqqında
Məhsulların axtarışı
(mallar yoxdur)
məbləğ: 0.00
Loqin:
Parol:
Alıcıların sayı (bu gün) - 2080
"NLT Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti 1998-ci ildə Azərbaycan Respublikasının Bakı ş. təsis edilib. Əsas fəaliyyəti mobil telefonların topdan və pərakəndə satışı, rəqəmsal texnikanın, DECT telefonlarının və aksesuarların satışı, rabitə operatoruna qoşulma və müştərilərə məlumat dəstəyi göstərməkdir.

1998-ci ildən etibarən NLT Telekom MMC Azərbaycanın ən böyük rabitə operatoru "Azercell Telekom" MMC ilə əməkdaşlıq edir. Öz fəaliyyəti nəticəsində 2001-ci ildə Azercell Telekom MMC tərəfindən "Qızıl Diler" nominasiyasına təltif edilib. 2003-cü ildə NLT Telekom MMC Azercell Telekom MMC-in 9-cu distribyutoru olur və ən yaxşı distribyutor üçlüyünə daxil olur.

2003-cü ilin iyul ayında simsiz rabitə üzrə dünya lideri olan "Motorola" GmbH şirkəti ilə distribyusiya razılaşması imzalayır.

NLT Telekom MMC-in dükanlar şəbəkəsi öz fəaliyyəti ərzində "Panasonic", "Siemens", "Samsung", "Nokia", "Philips", "LG", "Sony Ericsson" və s. kimi məşhur brendlərin rəsmi dileri olub. Dükanlar şəbəkəsi həmin brendlər tərəfindən yüksək satışlara görə dəfələrlə mükafatlandırılıb. NLT Telekom MMC 400-dən çox həmkar əldə edib və mobil rabitə bazarının 23-25% təşkil edir.

Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən NLT Telekom MMC-in 12 dükanı mövcuddur. Hal-hazırda şirkətdə 200-dən artıq işçi çalışır. Bizim sadiq və enerjili insanlarda marağımız var. Hər zaman Siz bizim böyük və mehriban ailəmizə qoşula bilərsiz. Azərbaycanın böyük ticarət şirkətlərinin birində öz karyeranızı qurun.