NLT Klub
Məhsulların axtarışı
(mallar yoxdur)
məbləğ: 0.00
Loqin:
Parol:
Alıcıların sayı (bu gün) - 2081




Hədiyyə Kartı
NLT Telekom şirkəti alıcılara yeni “Hədiyyə Kartı” xidmətini təqdim edir.Bir çox hallarda hədiyyə edən insanlar vaxt çatışmamazlıqından və yaxud digər səbəblərdən hədiyyə seçməkdə böyük çətinliklər çəkirlər və hədiyyə şəklində pul bağışlayırlar. Bu halda NLT Telekom şirkəti pul dəyərində “Hədiyyə Kartı”-nı təklif etməklə müştərilərə hədiyyə seçimində düzgün seçim etməkdə və vaxtlarına qənaət etməkdə yardımçı ola bilər. “Hədiyyə kartları” səbəbli aksiyalarda, byaramlarda və digər səbəblər münasibəti ilə hədiyyə şəklində, satış aksiyalarında əlavə hədiyyə qismində və alıcıların mükafatlandırılmasında istifadə oluna bilər. “Hədiyyə Kartı” 10, 20, 50 və 100 AZN dəyərində kartlarla təqdim olunub. “Hədiyyə kartları” saxtalaşdirılmadan bir neçə xususiyyətlə qorunur: unikal ştrix-kod və seriya nömrəsi. Bu kartlardan NLT Telekom dukanlar şəbəkəsindən əlavə, Armani Junior, Bata, Kids Couture 1 ,Kids Couture 2 və Miss Blumarine dükanlarında istifadə etmək olar.




VIP+
NLT Klubun “VIP+” proqramı haqqında

NLT Klubun universal “VIP+” proqramı ilə Siz pulsuz və yaxud çox sərfəli şərtlər ilə ən son mobil telefon və rəqəmsal texnikanın modellərini almaq imkanına malik ola bilərsiniz!

“VIP+ Sertifikatı” – unikal xidmətlər toplusu olan müqavilədir. Şəxsi meneceriniz vasitəsilə göstərilən pulsuz servis xidmətləridir.

NLT Klub - müştərilər üçün nəzərdə tutulmuş bonus proqramıdır. NLT Klub proqramı ilə Siz “NLT Telekom” dükanlar şəbəkəsində gündəlik alış-verişlərinizdən xal toplayırsınız.


VIP+ Sertifikatı və Kartı sahibinin üstünlükləri

1. VIP-zəmanət:
VIP+ sertifikatı və kartı sahibinə 3 (üç) il ərzində əlavə “VIP-zəmanət” əldə etmək fürsəti verilir:

1. Zəmanət müddəti ərzində alıcı əlavə servis xidməti göstərilməsinə malikdir – pulsuz təmir və detalların əvəz olunması – komplektə daxil olan LCD displeylər (telefonlarda), onları birləşdirən şleyflər, akkumulyator batareyaları, şəbəkə enerji yığma qurğuları və digər aksessuarlar dəyişdirilə bilər (bir dəfə). Zəmanət telefonların korpuslarına şamil deyil.

2. Problem texnika sahibinin günahından baş veribsə (suya düşüb, mexaniki zədə alıb, elektrik sıçrayışları nəticəsində nasazlıq baş verib), pulsuz təmir edilir:
    • Xidməti yalnız NLT Telekom şəbəkəsindən və yaxud www.nlt.az İnternet-dükanından texnikanın alınması zamanı əldə etmək olar;
    • Hazırkı təklif ucuzlaşdırılmış və istifadə edilmiş məhsullara aid deyil.

3. Köhnə telefonun təmiri mümkün olmadığı halda və yaxud telefon itirildikdə (polisdən arayış təqdim etməklə), 25% güzəştlə yenisi ilə dəyişdirilə bilər. Rəqəmsal texnikanın təmiri mümkün olmadığı halda, 50% güzəştlə yenisi ilə dəyişdirilə bilər.
Texnikanın zəmanətli xidməti – qəbulu, nasazlığın aradan qaldırılması, VIP+ proqramın üzvünün istədiyi ünvandan alınıb təhvil verilməsi – şirkətin işçisi ilə göstərilir. VIP+ proqramın servis xidməti Bakı ş. ərazisində göstərilir.

2. Xalların toplanması:
Toplanan xallar NLT Telekomda təqdim edilən məhsullara dəyişdirilə bilər: mobil telefonlar və nömrələr, DECT telefonları, oyun cihazları, foto və videokameralar, mp3 və mp4 pleyerlər, aksessuarlar və s.
Daha çox və tez хаl toplamaq istəyirsiniz? NLT Telekoma tələsin!

VIP+ Sertifikatı və Kartı necə əldə etmək olar?
    • NLT Telekomun istənilən dükanına və yaxud www.nlt.az internet-dükanına gəlin;
    • 100 manatdan yuxarı məbləğdə alış-veriş edin;
    • VIP+ proqramın sertifikatını doldurun;
    • Satıcıdan VIP+ kartını alın və xalları toplamağa başlayın.

Faydalı məlumat
VIP+ kartın itirilməsi və ya oğurlanması hallarında dərhal proqramın iştirakçılarına Xidmət göstərilmə Mərkəzinə qaynar xətt
012 493 4041, 050 230 0505 telefonları vasitəsilə xəbər verin. Yeni kartın verilməsi zamanı xallar NLT Klub proqramında yeni hesaba köçürüləcək.
VIP+ sertifikatı və kartı texnika ilə hədiyyə etmək də olar! Sevginizin ən gözəl sübutu olan VIP+ xidməti yaxınlarınızın vaxtına və puluna qənaət edəcək.

NLT Klubun VIP+ proqramında hesabın yoxlanılması
Siz, NLT Klub proqramında kartınızın hesabını hər zaman öyrənə bilərsiniz:
    • Qaynar xətt 012 493 4041, 050 230 0505 əlaqə telefonları vasitəsilə;
    • www.nlt.az şirkətin saytında öz şəxsi kabinetində.
Toplanmış xallar sonuncu dəfə alış-veriş edilən gündən 1 (bir) il müddətində etibarlıdır.

Siz, VIP+ xidmətini əldə edərkən vaxtınıza və pulunuza həqiqətən qənaət edirsiniz!





“NLT Klub” kartlarının əldə olunması və istifadə şərtləri.


NLT Klub proqramı haqqında
«NLT Klub» proqramı ilə Siz pulsuz və yaxud çox sərfəli şərtlər ilə ən son telefon modellərini almaq imkanına malik ola bilərsiniz!
NLT Klub - müştərilər üçün nəzərdə tutulmuş bonus proqramıdır. NLT Klub proqramı ilə Siz “NLT Telekom” dükanlar şəbəkəsində gündəlik alış-verişlərinizdən xal toplayırsınız.

Üzvlük üstünlükləri


1. Xalların toplanması:
Toplanan xallar NLT Telekomda təqdim edilən məhsullara dəyişdirilə bilər: mobil telefonlar və nömrələr, DECT telefonları, oyun cihazları, foto və video kameralar, mp3 və mp4 pleyerlər, aksessuarlar və s.

2. VİP-zəmanət:
NLT Klub üzvlərinə 3 (üç) il ərzində əlavə «VİP-zəmanət» əldə etmək fürsəti verilir:
1. Zəmanət müddəti ərzində alıcı əlavə servis xidməti göstərilməsinə malikdir - pulsuz təmir və detalların əvəz olunması - komplektə daxil olan LCD displeylər, onları birləşdirən şleyflər, akkumulyator batareyaları, şəbəkə enerji yığma qurğuları və digər aksessuarlar dəyişdirilə bilər (bir dəfə). Zəmanət telefonların korpuslarına şamil deyil.
2. Problem telefon sahibinin günahından baş veribsə (telefon suya düşüb, mexaniki zədə alıb, elektrik sıçrayışları nəticəsində nasazlıq baş verib) pulsuz təmir edilir:
• Xidmət yalnız NLT Telekomdan telefonun alınması zamanı əldə etmək olar;
• Belə bir xidmətin əldə olunması Klub Kartı təqdim etdikdə mümkündür;
• Hazırkı təklif ucuzlaşdırılmış və istifadə edilmiş məhsullara aid deyil.
3. Köhnə telefonun təmiri mümkün olmadığı halda və yaxud telefon itirildikd, 25% güzəştlə yenisi ilə dəyişdirilə bilər.

Daha çox və tez xal toplamaq istəyirsiniz? NLT Telekoma tələsin!

NLT Klub üzvü olmaq çox asandır. Klub Kartını doldurun.


Klub Kartınıı necə əldə etmək olar?
• İstənilən NLT Telekom dükanlar şəbəkəsinə gəlin;
• Hər hansı bir məbləğdə alış-veriş edin;
• NLT Klub proqramının üzvlük anketini doldurun;
• Satıcıdan Klub Kartı və üzvlük anketini əldə edin və xalları toplamağa başlayın.

Xalları necə toplamalı?
NLT Klub proqramının üzvü olarkən Siz özünüz üçün adi alış-veriş zamanı xalların toplanmasının nə qədər asan olduğunun şahidi olacaqsınız. Daha çox xal toplamaq üçün bizim tövsiyyələrimizdən yararlanın:
1. Kartı NLT Telekom dükanlar şəbəkəsindən alış-veriş edərkən təqdim edin;
2. NLT Telekomun istənilən dükanında alış-veriş edin;
3. Xüsusi aksiyalarda iştirak edin və fərdi təkliflərə diqqət yetirin.

Xalların hesabı: 100 manat = 100 xal.

Xalların xərclənmə qaydaları:
Toplanmış xalları, istənilən vaxtda, NLT Telekom dükanlar şəbəkəsindən əldə edilən məhsula dəyişdirə bilərsiniz:
• NLT Klub proqramında Sizin hesabınızda olan xalların miqdarını, tam olaraq, silmək;
• Dəyərində olan fərqi ödəmək, məsələn, xalların miqdarı alış-veriş üçün kifayət olmadığı halda.

Xalları yazdıqda, onlar 100 xal = 2 manat hesabı ilə keçirilir və cari alış-verişin hesabına köçürülür.

Məsələn: Siz «Nokia 6300» telefonunu əldə etmək istəyirsiniz. Bu telefonun NLT Telekomda 10 avqust 2008-ci ilə olan qiyməti 170 manat təşkil edir.

1 variant:
Klub Kartının hesabı 8500 xal təşkil edir. Siz istədiyiniz telefonu əldə etmək üçün onun tam qiymətini
NLT Klub-da toplanmış xallar vasitəsi ilə ödəyə bilərsiniz.
2 variant:
Klub Kartının hesabı 6000 xal təşkil edir. Siz, 6000 xalı köçürərək, qalan məbləği 50 manatla ödəyə bilərsiniz.

Həmin telefonun alınması nəticəsində Sizin hesabınıza yenə də xallar köçürülür.

Faydalı məlumat


Klub Kartına balların düzgün köçürülməsi üçün, Siz, kartı təqdim etdiyiniz halda, alış-veriş edərkən, çekin və ya alqı haqqında qəbzin düzgün doldurulmasında əmin olun.
Kartın itirilməsi və ya oğurlanması hallarında dərhal proqramın iştirakçılarına Xidmət göstərilmə Mərkəzinə 598 2233 telefonu vasitəsilə xəbər verin. Yeni Klub Kartının verilməsi zamanı xallar NLT Klub proqramında yeni hesaba köçürüləcək.

NLT Klub proqramında hesabın yoxlanılması


Siz NLT Klub proqramında kartınızın hesabını həmişə öyrənə bilərsiniz:

• Qaynar xətt 598 2244 əlaqə telefonu vasitəsilə;
• www.nlt.az şirkət saytında öz şəxsi kabinetində;
• NLT Telekomun istənilən dükanında.

VİP-zəmanətlə aid sallarla Servis Mərkəzinin 596 3004 əlaqə telefonu vasitəsilə müraciət edə bilərsiniz. Toplanmış xallar sonuncu dəfə alış-veriş edilən gündən 1 (bir) il müddətində etibarlıdır.